XƏBƏR LENTİ

06 Mart 2021
05 Mart 2021

Digər Xəbərlər

28 Yanvar 2018 - 10:22

ABŞ-da qripdən 37 uşaq vəfat edib –Epidemiya yayılıb

Birləşmiş Ştatlarda bütün ölkə ərazisini əhatə edən qrip epidemiyasından artıq 37 uşaq dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə Xəstəliklərin Profilaktikası və Nəzarət üzrə Federal Mərkəzlərin rəhbəri Brend Fitsceralda istinadən "The Hill" qəzeti yazıb. Ekspertlər hesab edirlər ki, epidemiyanın qarşısı alınana qədər ölənlərin sayı arta bilər. Bütövlükdə ölkə üzrə qriplə bağlı xəstəliklər 50 mindən çox insanın həyatı bahasına başa gələ bilər.

Bu il mövsümü ştamm daha çox yayılmış H3N2 olub.