XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

28 Yanvar 2018 - 16:20

Xalq şairi Fikrət Qoca müsəlmanlara və Nazirlər Kabinetinə müraciət etdi:“Qardaşlarım, Fələstin xalqına yardım edin!”

Azərbaycanın xalq şairi Fikrət Qoca ABŞ prezidenti Trampın Fələstinə maliyyə yardımını kəsməsinə sərt etiraz edib.

Bununla bağlı AYB sədrinin müavini Azərbaycanın Nazirlər Kabinetinə müraciət edib.

Bildiyiniz kimi Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Fələstinə göstərilən yardımı kəsməyə qərar verib. Məqsəd Fələstin xalqının qürurunu qırmaq, Qüdsə görə, Peyğəmbərimizin ilk dəfə namaz qıldığı məscidə görə kiçik Fələstin xalqını təslim olmağa məcbur etmək məqsədi güdür. Elə bilirlər ki, pulla-parayla müsəlmanı dinindən, dininin müqəddəs ocaqlarından imtina etdirmək mümkündür.

Ey dünyadakı dindaşlarım, müsəlman qardaşlarım, gəlin Donald Tramp kimilərə sübut edək ki, cənablar, yanılırsınız!

Dünyadakı hər bir müsəlman bir manat həcmində yardım etsin. Dövlətlilər isə vicdanının rəva bildiyi qədər.

Fələstin xalqının bu ağır sınaqdan məğrur çıxmasına yardımçı olaq. Biz bunu etməsək, hər kəsin Allah yanında bu dinə ibadəti tam olmayacaq. Çünki müsəlmanın insana, hər bir canlıya yardımı ibadətdəndir.

Onda ola ki Fələstin xalqı kimi müqəddəs ocağını qoruyan müsəlman qardaşımız olsun. Yardım edin! İmanınız kamil olsun qardaşlarım. Yaxşı olar ki, yardım hər ölkənin Nazirlər Kabinetində müvafiq bir şöbədə yığılıb Fələstinə göndərilsin. ”- deyə müraciətdə deyilir.

525-ci qəzet