Bakı-Tehran aviareysi ilə Bakı vaxtı ilə saat 09:30-da uçmalı olan aviareys təxirə salınıb.
Bu barədə Trend-ə Heydər Əliyev Hava Limanından bildiriblər. Uçuşun İran paytaxtındakı hava şəraiti ilə əlaqədar təxirə salındığı bildirilir. "Təyyarə Bakı vaxtı ilə saat 19:00-da yola düşməlidir. Digər reyslərin gecikməsi barədə rəsmi məlumat yoxdur", – deyə hava limanından bildiriblər.