XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

29 Yanvar 2018 - 15:05

Azərbaycanda qanunsuz ov edən ərəblər saxlanılıb –Nazirlik

Yanvarın 28-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində keçirdiyi reyd zamanı qanunsuz ovla məşğul olan Səudiyyə Ərəbistanı vətəndaşları Alsedais Abdullah İbrahim, Aljumah Fahad Abdullah və Almarzooq Abdulaziz Marzouq saxlanılaraq onlardan 3 ov silahı və 6 patron maddi sübut kimi götürülüb.

Nazirlikdən APA-ya bildirilib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, sənədləşmə aparılıb və qanun pozucularının hər biri 2000 manat olmaqla, ümumilikdə 6000 manat məbləğində cərimələnib.

Qanunsuz ov edən Səudiyyə Ərəbistanı vətəndaşlarının ölkə ərazisindən məcburi qaydada çıxarılması ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə müraciət olunacaq.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanunsuz ov hallarının qarşısının alınması istiqamətində işlər davam etdirilir.