XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

31 Yanvar 2018 - 13:47

Qida Təhlükəsizliyi Agentliyinintəlim mərkəzləri yaradılacaq

Təftiş və yoxlamaların həyata keçirilməsi sahibkarlıq subyektlərinin fəaliyyətinə mane olmayacaq. 

“Report” xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, Agentliyin fəaliyyəti 3 istiqamətdə həyata keçiriləcək: “Bu qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərində dövlət nəzarətinin və təftişinin həyata keçirilməsidir. Eyni zamanda qida təhlükəsizliyi sahəsində risklərin təhlil olması və risklərin idarə olunmasıdır və hazır qida məhsullarının sertifikatlaşdırılması və qeydiyyata alınması məsələsidir. Bir daha bildirmək istəyirəm ki, təftiş və yoxlamaların həyata keçirilməsi heç də sahibkarlıq subyektlərinin fəaliyyətinə mane olmayacaq. Təftişlər sahibkarlıq subyektlərinə yardım və dəstək formatında həyata keçiriləcək”.

Agentlik rəhbəri həmçinin deyib ki, qurumun regionlarda nümayəndəlikləri fəaliyyətə başlayacaq. Bundan başqa, Avropa İttifaqının nümayəndələri ilə birlikdə Qida Təhlükəsizliyi Agentliyinin təlim mərkəzləri yaradılacaq: "Bu mərkəzlərdə sahibkarlıq subyektləri öz fəaliyyətlərinə uyğun olaraq təlimlərə cəlb olunacaqlar”.