XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

01 Fevral 2018 - 17:40

Hüseynqulu Bağırov işinin öhdəsindən gələ bilməyən direktorlara xəbərdarlıq etdi –Kollegiya iclası

Ekologiya və Təbii Sərvətlər Nazirliyində ötən ildəki fəaliyyətinin yekunları və qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı bu gün kollegiya iclası keçirilib.

Strateq.az nazirliyə istinadən xəbər verir ki, ölkə başçısının müşavirədəki çıxışında verdiyi tapşırıqların icrası ilə əlaqədar kollegiya iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin görəcəyi işlər müəyyənləşdirilib və geniş müzakirə olunub. Qarşıya qoyulan  məqsədlərə nail olmaq üçün Nazirliyin öz resurslarını səfərbər edərək müəyyənləşdirdiyi istiqamətlər üzrə müvafiq tədbirlərin görülməsi planlaşdırılıb.

Nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən iclasda nazir H.Bağırov çıxış edərək dövlət başçısı İlham Əliyevin ekologiya və ətraf mühitin mühafizəsi ilə əlaqədar məsələləri daim diqqət mərkəzində saxladığını və ölkədə bu istiqamətdə aparılan işlərə böyük dəstək verdiyini kollegiya iştirakçılarının diqqətinə çatdırıb. 

Nazir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun ötən il ərzində yerinə yetirilmiş tapşırıqların və qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar görülmüş tədbirlər, əldə olunmuş müsbət nəticələr, o cümlədən qeyri-neft sektorunun inkişafına dəstək olaraq kənd təsərrüfatı bitkilərindən ibarət meyvə bağlarının (aqromeşələrin) salınması yönündə aparılmış işlər, habelə tinglik müəssisələrində yeni yaradılan sahələrdə əkinə yararlı məhsuldar meyvə tinglərinin yetişdirilməsi, həmçinin hidrometeorologiya sahəsində Nazirliyin daxili imkanları hesabına ən müasir avadanlıqların quraşdırılıb istifadəyə verilməsi barədə məlumat verib.    

Sonra Kollegiya iclasının gündəliyində duran məsələlər müzakirə edilib.

Meşələrin İnkişafı Departamentinin hesabatı dinlənilib, meşələrin mühafizəsi və bərpasında, artırılmasında ölkə Prezidentinin göstərişlərinə uyğun olaraq kənd təsərrüfatı əhəmiyyətli məhsuldar ağac tinglərinin hesabına aqromeşə sahələrinin salınması istiqamətində aparılan işlərin nəticələri təhlil edilib. Bəzi meşə müəssisələrinin plan – tapşırıqları tələb olunan səviyyədə yerinə yetirməməsi, mühafizə işlərində əsaslı dönüş yaratmaması diqqətə çatdırılıb. Müzakirələr zamanı işinin öhdəsindən gələ bilməyən meşə mühafizəsi və bərpası müəssisələrinin rəhbərlərinə ciddi xəbərdarlıq edilib və Nazirliyin müvafiq şöbələrinə müəssisələrdə kadr tərkibinin təhlil olunması və gücləndirilməsi məqsədi ilə kompleks araşdırmaların aparılması tapşırılıb.

Eyni zamanda Kollegiya iclasında Ətraf Mühitin Mühafizəsi Departamentinin ötən ilin yekunları ilə bağlı hesabatı dinlənilib. Ətraf mühitin mühafizəsi sahəsində görülmüş müsbət işlərlə bərabər, nöqsanlar da qeyd olunub, o cümlədən bir sıra yerli qurumların fəaliyyətinə irad bildirilib. Ərazi ekologiya və təbii sərvətlər şöbələrinə ekoloji qanun pozuntuları ilə daha ciddi mübarizə aparılması üçün göstəriş verilib.

Daha sonra digər xidmət, idarə və departamentlərin 2017-ci ilin yekunları, qarşıda duran vəzifələr barədə hesabatları dinlənilib.

Sonda kollegiya üzvləri nöqsanlara yol vermiş müəssisə rəhbərlərinin izahatlarını dinləyib, qısa müddət ərzində onların aradan qaldırılması üçün müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.

Kollegiya iclasında Nazirliyin 2018-ci il üçün istehsalat və iş planları da təsdiq edilib/APA.