XƏBƏR LENTİ

23 Yanvar 2021

Digər Xəbərlər

02 Fevral 2018 - 15:05

Bakı Ali Neft Məktəbində “Gənclər Günü” qeyd edilib –FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) yeni kampusunda 2 fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Ali Məktəbin rektoru Elmar Qasımov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru  Fərhad Hacıyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, BANM-ın professor-müəllim heyəti, tələbələri və media nümayəndələri iştirak ediblər.

 Tədbiri öz sözlərilə  açan BANM-ın rektoru Elmar Qasımov bütün tədbir iştirakçılarını salamlayıb. Rektor qeyd edibki, 1996-cı il fevralın 2-də ümummilli lider Heydər Əliyevin dəstəyi ilə gənclərin birinci forumu keçirilib, bu forum ölkəmizdə gənclər hərəkatının vüsət almasına təkan verib və məhz həmin günün əhəmiyyəti nəzərə alınaraq 2 fevral tarixi gənclər günü kimi qeyd edilməyə başlanıb. Azərbaycanda gənclərə dövlət səviyyəsində böyük qayğı və diqqət göstərildiyini deyən Elmar Qasımov gəncliyin ölkəmiz, cəmiyyətimiz üçün dəyərli sərvət olduğunu diqqətə çatdırıb.

Rektorun sözlərinə görə, cənab Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılan BANM-ın fəaliyyətinin əsas məqsədi də ölkəmizdə yüksək ixtisaslı, ingilisdilli, peşəkar və müasir standartlara cavab verən gənc mühəndislər yetişdirməkdir. Rektor qeyd edib ki, Bakı Ali Neft Məktəbi dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq tədris proqramında ən son texnoloji nailiyyətləri tətbiq edir və məhz elə bu keyfiyyətin nəticəsidir ki, BANM-ın yola saldığı ilk məzunları artıq SOCAR , BP, Halliburton, Maire Tecnimont, Schlumberger, Türkiyədə STAR Neft Emalı Zavodu və s. kimi transmilli şirkətlərdə çalışır.

 Çıxışının sonunda  Elmar Qasımov bayram münasibətilə bütün gəncləri, o cümlədən BANM-ın tələbələrini təbrik edib, uğurlar arzulayıb.  Tədbirdə həmçinin Gənclər Fondunun icraçı direktoru  Fərhad Hacıyev və  YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxış ediblər. Bakı Ali Neft Məktəbinin fəaliyyətini yüksək qiymətləndirən natiqlər Ali Məktəbin ölkədə yüksək ixtisaslı mütəxəssis hazırlığına böyük töhfələr verdiyini bildiriblər.

 Tədbir zamanı Ali Məktəbi müxtəlif tədbir, müsabiqə, seminar və konfranslarda layiqincə təmsil etmiş tələbələrin mükafatlandırılması mərasimi olub. Rektor tərəfindən tədris ili ərzində müxtəlif sahələrdə fəallıq göstərən və uğur əldə edən tələbələr, BANM-da keçirilən müxtəlif daxili intellektual və əyləncəli turnirlərin, təlimlərin, müxtəlif daxili müsabiqələrin qalibləri, respublika üzrə və ölkədə hüdudlarından kənarda keçirilən bir sıra çempionatlarda fəal iştirak etmiş komandaların üzvləri,  həvəsləndirici diplomlarla, sertifikatlarla və hədiyyələrlə təltif olunublar.

Tədbir bədii konsert proqramı ilə yekunlaşıb.