XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

02 Fevral 2018 - 16:04

Vəkil olmaq istəyən 23 nəfər imtahanın nəticələrindən narazı qalıb –Açıqlama

 

Bu il yanvarın 28-də keçirilmiş vəkilliyə qəbul üzrə yazılı test imtahanı nəticəsində imtahanda bilavasitə iştirak etmiş 1873 namizəddən 607 nəfəri imtahanı uğurlar keçərək müsabiqənin növbəti mərhələsinə – şifahi imtahana buraxılıb.

Bu barədə "Report"a Vəkillərin İxtisas Komissiyasından məlumat verilib. Bütün namizədlərlə bərabər şəraitdə keçirilən bu imtahan çoxsaylı yerli və beynəlxalq müşahidəçilər və KİV nümayəndələri tərəfindən tam izlənilib, şəffaflığın təmin edilməsi məqsədilə imtahanın nəticələri həmin gün yoxlanılaraq mətbuatda işıqlandırılıb.

Yazılı test imtahanın nəticələrinə görə, müvafiq bal toplaya bilməyərək imtahanın bu mərhələsini keçə bilməyən 1266 namizəddən 23 nəfəri imtahan nəticələrinin onların iştirakları ilə yenidən araşdırılmasını xahiş edib.

Bununla əlaqədar, bu gün Dövlət İmtahan Mərkəzinin inzibati binasında İmtahan Mərkəzinin, Vəkillər Kollegiyasının rəhbərliyinin və Vəkillərin İxtisas Komissiyasının bir sıra üzvlərinin, habelə namizədlərin bilavasitə iştirakı ilə qaldırılan məsələlər araşdırılıb. Proses zamanı vəkilliyə namizədlərin cavabları bir daha yoxlanılmaqla nəticələrin düzgün hesablandığı müəyyən olunmuş, onlar öz cavab vərəqələri ilə tanış edilib, yol verdikləri səhv və nöqsanlar diqqətlərinə çatdırılıb və müvafiq izahlar verilib.