XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

02 Fevral 2018 - 17:46

Hindistanın səfiri AZAL-ın prezidenti Cahangir Əsgərovla görüşüb –FOTO

Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana və “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Prezidenti Cahangir Əsgərovla görüşüb

Strateq.az saytı bildirir ki, görüşdə Azərbaycan və Hindistan arasında siyasi, iqtisadi və sosial sahələrdə münasibətlərin inkişafından danışılıb. Sanjay Rananın sözlərinə görə, mülki aviasiyası iki ölkənin iqtisadi və mədəni əlaqələrinin inkişafında mühüm rol oynayır. Diplomat həmçinin, Hindistan və Azərbaycanın turizm potensialının böyük perspektivlərini qeyd edib. Səfir vurğulayıb ki, Azərbaycan Hindistanın sahibkarları üçün də böyük maraq kəsb edir. Bununla əlaqədar olaraq, Hindistanın logistika sahəsində böyük təcrübəyə malik “Lark Logistics” şirkətinin rəhbərliyi Azərbaycanda səfərdədir. Görüşdə AZAL rəhbəri Azərbaycanın son illərdə mülki aviasiya sahəsində əldə etdiyi böyük uğurlardan danışıb, 2017-ci ilin yekunlarına əsasən Heydər Əliyev Beynəlxalq Hava Limanının sərnişin axınının rekord səviyyədə artdığını qeyd edib . Ötən ilin mart ayında Heydər Əliyev Beynəlxalq Hava Limanı nüfuzlu “Skytrax World Airport Awards”un versiyasına əsasən, Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edib. C. Əsgərov bildirib ki, Azərbaycanın daha çox tələb olunan istiqamətlərə reyslər yerinə yetirən ilk loukosteri “Buta Airways” aviaşirkəti ötən ilin sentyabr ayından etibarən uçuşlara başlayıb, bu il aviaşirkətin hava gəmiləri parkına yeni “Embraer 190” təyyarələrinin əlavə olunacağı gözlənilir.

AZAL prezidenti əlavə edib ki, hazırda “Silk Way Airlines” yük aviaşirkəti 60-dan çox ölkəyə uçuşlar yerinə yetirərək, Heydər Əliyev Beynəlxalq Hava Limanını yük halına çevirib.

Strateq.az