XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

06 Fevral 2018 - 13:53

“Artıq bir mənzili bir neçə şəxsə satmaq mümkün olmayacaq” –Ekspertdən yeni qanuna şərh

"Bundan sonra bir mənzili iki nəfərə satmaq mümkün olmayacaq".

Bunu  bank eksperti, hüquqşünas Əkrəm Həsənov Mülki Məcəllədə dəyişikliklər edilməsini şərh edərkən deyib.

Ə.Həsənov bildirib ki, Mülki Məcəlləyə edilən dəyişiklik olduqca böyük əhəmiyyətə malikdir. Bu dəyişiklik tikinti şirkətlərinin mənzilləri eyni zamanda bir neçə nəfərə satmasına, şirkətin vətəndaşın pulunu alandan sonra tikintini yarımçıq qoymasına və ya prosesi uzatmasına son qoyacaq:

“Artıq tikintisi başa çatdırılmayan mənzillərə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qabaqcadan dövlət qeydiyyatına alınacaq (“kupça”, yəni çıxarış veriləcək). Özü də yalnız mənzilə yox. Binanın altındakı torpaq sahəsi də mənzil mülkiyyətçilərinin ümumi paylı mülkiyyəti hesab olunacaq. Beləliklə də bir mənzili bir neçə şəxsə satmaq artıq mümkün olmayacaq.

Tikinti şirkətinin işi sırf binanı tikib təhvil verməkdən ibarət olacaq. Pulu isə qabaqcadan tam ala bilməyəcək, hissə-hissə alacaq”.

Ekspert bildirib ki, bu dəyişikliklər əsasən bu ilin iyulun 1-dən qüvvəyə minəcək. Beləliklə də Azərbaycanda mənzil alarkən vətəndaşların aldadılmasına son qoyulacaq: “Bu qanunla bütün inkişaf etmiş ölkələrdə olduğu kimi bizdə də yavaş-yavaş “vahid daşınmaz əmlak” institutu formalaşacaq. Yəni daşınmaz əmlak ilk növbədə torpaqdır, üstündəki isə onun tərkib hissəsidir. Hər bir halda dövlət başçısının təşəbbüsü ilə atılan bu addım ölkə iqtisadiyyatı üçün çox müsbət nəticələr verəcək”.