Prezident İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, Xızı rayonunun Giləzi-Xızı (34 km)-Fındığan avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.