XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

07 Fevral 2018 - 18:26

Mənzillərin əvəzləşdirilməsinə yol verilən halları Nazirlər Kabineti müəyyən edəcək- Sərəncam

Prezident İlham Əliyeb Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Trend-in məlumatına görə, Qaydanın 2.4-cü bəndində “Agentlik” sözü “Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözləri ilə əvəz edilir:

"2.4. Mənzillərin əvəzləşdirilməsi onun sahibinin birbaşa cəmiyyətə əsaslandırılmış yazılı müraciəti ilə həyata keçirilir və bu məsələyə növbədənkənar olaraq, "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada baxılır. Mənzillərin əvəzləşdirilməsinə yol verilən halları Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir".