XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 February 2018 - 16:11

Azərbaycan Qış Olimpiya Oyunlarının Açılış mərasimində –FOTO

Cənubi Koreyanın Pxençxan şəhərində təşkil olunan XXIII Qış Olimpiya Oyunlarının Açılış mərasimində Azərbaycan nümayəndə heyətinin keçidi olub.

“Report” xəbər verir ki, bayraqdar funksiyasını Azərbaycanın yeganə təmsilçisi Patrik Braxner yerinə yetirib. Keçiddə həmçinin Azərbaycanın şef de-missionu Anar Bağırov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov və Azərbaycan Dağ Xizəkçiliyi Federasiyasının prezidenti Rauf Xəlilov iştirak edib.

Qeyd edək ki, Patrik Braxner dağ xizəyi idmanında slalom və böyük slalom yarışlarına qatılacaq.