XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Fevral 2018 - 10:45

İqtisadiyyatda muzdla işləyənlərin sayı və əməkhaqqı- Açıqlandı

 

Yanvarın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1521,3 min nəfər olub. Onlardan 880,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 641,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, muzdla işləyənlərin 21,9 faizi təhsil, 19,2 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 6,6 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2017-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2016-cı ilə nisbətən 5,7 faiz artaraq 528,2 manata çatıb. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.