XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 February 2018 - 17:21

Polislər talassemiya xəstələri üçün qan verdilər  –FOTOLAR

"Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı"na və Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Talassemiyasız həyat naminə" proqram layihəsinə uyğun olaraq ölkəmizin paytaxtında və bölgələrdə qanvermə aksiyaları keçirilir.

"Qan ver, yaşat!" devizi ilə gerçəkləşən bu nəcib və humanist aksiyada  daxili işlər orqanlarının əməkdaşları da həmişə fəal iştirak edirlər.

DİN mətbuat xidmətinin verdiyi məlumata görə, fevralın 12-də DİN-in Əlahiddə Çevik Polis Alayında Səhiyyə Nazirliyinin B.Eyvazov adına Respublika Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının təşkilatçılığı və dəstəyi ilə qanvermə aksiyası baş tutub. Polis əməkdaşları bu nəcib təşəbbüsə qoşulmağı hər kəsin vətəndaşlıq borcu olduğunu bildirb.

Onlar əvvəlcə tibbi müayinədən keçirilib, sonra isə qan veriblər. Qeyd edək ki, gün ərzində yığılmış qan Mərkəzi Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.