XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

16 Fevral 2018 - 10:55

Akademik Əhliman Əmiraslanov:“Statistika göstərir ki, ulu babalarımız bizdən çox yaşamayıb”

"Bu gün əhalidə belə fikir yaranıb ki, ulu babalarımız bizdən çox yaşayıb. Amma statistika bunun əksini göstərir".

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı və Səhiyyə Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasında “Azərbaycanda tibb elminin inkişafı, prioritetləri və innovativ perspektivləri” məruzəsi ilə çıxış edən AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, Azərbaycanda insanların orta yaşı artıb. 1930-cu illərdə Azərbaycanda orta yaş 30,5 olub. Bu gün isə ölkədə orta yaş 75,2-ə çatıb. Ə.Əmiraslanov əlavə edib ki, inkişaf etmiş ölkələrdə orta yaş 80-ə yaxındır. Yaxın gələcəkdə dünyada insanların orta yaşının 90 olacağı gözlənilir.

O bildirib ki, dünya üzrə olan proqnozlara görə bu gün dünyaya gələn hər 100 uşaqdan 3-nün 100 il yaşamaq şansı var.