XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

16 Fevral 2018 - 23:05

Tibb Universitetinin rektoru:“Azərbaycanda uşaqlar arasında şəkərli diabetə tez-tez rast gəlinir”

 “XX və XXΙ əsrin ən böyük problemi olan şəkərli diabetə uşaqlarda, təəssüf ki, tez-tez rast gəlinir. Azərbaycan Tibb Universitetində bu istiqamətdə müəyyən tədqiqat işləri aparılır. Şəkərli diabeti olan uşaqlarda molekulyar genetik müayinələri aparmaqla diabetə meyilli olan ailələr aşkar olunub. Bu isə gələcəkdə şəkərli diabetə proqnoz vermək baxımından əhəmiyyətlidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri universitetin rektoru Gəray Gəraybəyli AMEA-nın ümumi yığıncağı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının “İnsan sağlamlığı Azərbaycan cəmiyyətinin inkişafının əsasıdır” mövzusuna həsr olunmuş birgə elmi sessiyada çıxışı zamanı söyləyib.

“Azərbaycanda uşaqlar arasında böyrək patologiyası da xüsusi yer tutur. Uşaqlarda nefrotik sindromun molekulyar-genetik mexanizmlərinin araşdırılması nəticəsində NPHS1 (podosin) və NPHS2 (nefrin) genlərində mutasiyaların olduğu məlum olub. Bu da gələcəkdə düzgün müalicə taktikasının seçilməsinə imkan yaradır və xroniki böyrək çatışmazlığının qarşısını alır”, – deyə rektor qeyd edib.