XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

16 Fevral 2018 - 23:55

Azərbaycanda ən aşağı maaş harada verilir? –RƏQƏMLƏR

Dövlət Statistika Komitəsi iqtisadi fəaliyyət növləri üzrə orta aylıq əməkhaqqı həcmini açıqlayıb. Hesabata əsasən, kənd təsərrüfatı və meşə təsərrüfatı, dövlət sektorunun balıqçılıq sahəsinin əməkdaşları 2017-ci ildə hamıdan az – ayda 208 manat 20 qəpik (vergilər və sosial sığorta haqları çıxılana qədər) qazanıb.

Özəl müəssisələr daxil olmaqla aqrar sektorda orta aylıq əmək haqqı 264,6 manat təşkil edir. Bununla yanaşı, Azərbaycanda ən aşağı əmək haqqını səhiyyə və sosial xidmət əməkdaşları alır – ayda 222,3 manat. Dövlət tibb müəssisələrində orta əmək haqqı 216,1 manat təşkil edir. Özəl klinikalarda 2017-ci ildə əmək haqqı bir qədər yüksək – ayda 294,3 manat olub.