XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

18 Fevral 2018 - 22:35

Vəkillər Kollegiyası yeni inzibati binada fəaliyyət göstərəcək –Ünvan açıqlandı

 

Vəkillər Kollegiyasının Rəyasət Heyəti fevralın 19-dan fəaliyyətini yeni inzibati binada – Ceyhun Hacıbəyli küçəsi 100 ünvanında (Respublika Hərbi Prokurorluğunun yanı) davam etdirəcək.

Kollegiyanın Rəyasət Heyətindən AZƏRTACbildiriblər ki, müasir standartlara cavab verən yeni inzibati binada Rəyasət Heyətinin, Vəkillərin İntizam və İxtisas komissiyalarının fəaliyyətinin yüksək səviyyədə təşkili üçün zəruri şəraitlə təmin olunub.

Bundan əlavə, yeni binada gələcəkdə vəkillərin qruplar şəklində müxtəlif tədris tədbirlərinə cəlb olunmaları üçün də lazımi şərait yaradılıb.