XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

19 Fevral 2018 - 20:51

“Əfqanıstanda 100 mindən çox insan ölüb”-BMT-dən kədərli hesabat


BMT-nin bildirdiyinə görə, son illər ərzində  Əfqanıstanda 100 mindən çox insan ölüb və onların çoxu dünyasını intiharçı və bomba hücumları səbəbindən dəyişib.

BMT-nin hesabatında 2016-cı illə müqayisədə ölkədə hücum hallarının 9 faiz azaldığını, lakin hökumət və beynəlxalq qüvvələrin üsyançılara qarşı əməliyyatları artırdığına görə hücumların da arta biləcəyi deyilir. Keçən il Əfqanıstanda 3 min 400-dən çox insan öldürülüb. Onlardan bəzilərinin terrorçuların hədəf alındığı hava hücumları, digərlərinin isə bomba hücumları zamanı öldüyü, minlərlə insanın isə yaralandığı bildirilib. Bu xəstəxanadıkı insanlar ya yerə basdılılmış minanın partlaması, ya da intiharçı hücumu zamanı şikəst olub.

Xəstəxanadakı gənc oğlan deyib: “Mənim ayağım olsaydı mən məktəbə gedərdim. Lakin mən ümid edirəm ki, mənə yaxşı protez verəcəklər və mən ya məktəbə gedə, ya da işə gedə bilərdim.”

Digər xəstə isə “İntihar günah olmasaydı, mən özümü öldürərdim. Mən çox bədbəxtəm, lakin uşaqlarım üçün müalicə olunuram” deyə, bildirir.

“Mənim artıq bir həyatım yoxdur. Gələcəyim üçün heç bir qərar verə bilmirəm. Mən yalnız valideynlərim, bacı və qardaşlarımı düşünürəm” deyə  bir başqası vurğulayıb.

BMT-nin hesabatında deyilir ki, 2017-ci ildə Əfqanıstanda təxminən 2 min 300 insan intiharçı hücumları səbəbindən ya ölüb, ya da yaralanıb. Kabildəki Ortopedik Mərkəzin başçısı Nəcmudin Hilal deyib ki, indiyə qədər insanların demək olar ki, 80 faizinin ayağı mina partlayışları səbəbindən amputasiya olunub.

Uşaqlar da istisna deyil, hətta bəzən qəsdən hədəf alınır.

BMT-nin Əfqanıstandakı nümayəndəsi Danielli Bellin sözlərinə görə, hesabatda hadisələrin üçdə iki faizinə cavabdehliyin Taliban və İŞİD-in daşıdığı deyilir. 20 faizinə isə Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələri də daxil edilməklə, hökumət qüvvələri, beynəlxalq qüvvələr və hökumət tərəfdarı qüvvələr cavabdehdir.

Taliban və İŞİD  təzyiqlər artdıqca onlar da insanların çox toplaşdığı yerlərdə hücumlarını artırır. Mülki vətəndaşlar həyatlarını hökumət qüvvələri və bu iki qrup arasındagedən döyüşlər zamanı da itirir.

Birləşmiş Ştatlar prezidenti Donald Tramp hərbi komandirlərə Əfqanıstandakı Talibana qarşı quru və havadan əməliyyatları gücləndirmək barədə göstəriş verib. Yaraqlılar isə intiqam alacaqlarına söz verib. (Amerikanın Səsi)