XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 February 2018 - 17:07

Sabah Bakının bu hissəsində su olmayacaq- “Azərsu”

Sabah gün ərzində Xırdalan-Binəqədi şossesi ətrafı ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Trend-ə “Azərsu” ASC-dən məlumat verilib.

Qurum bildirir ki, Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən su xətləri köçürülür.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.