XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

22 Fevral 2018 - 16:27

Lənkəran Dövlət Universiteti AMEA ilə əməkdaşlıq sazişi imzalayıb –FOTO

 

Lənkəran Dövlət Universiteti  (LDU) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)  daha bir qurumu-Lənkəran regional Elm Mərkəzi  ilə  əməkdaşlıq edəcək.

Bu barədə Strateq.az –a LDU-nun mətbuat xidmətindən məlumat verilib.

Bununla bağlı  tərəflər  arasında  elmi və təcrübi əməkdaşlığa dair ikitərəfli müqavilə imzalanıb.  Lənkəran Dövlət Universitetində keçirilən imzalanma mərasimində hər iki qurumun rəsmiləri iştirak ediblər.

Tədbiri Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən  professor Natiq İbrahimov bildirib ki, universitetin əsas məqsədi peşəkar kadr hazırlığının səviyyəsini yüksəltmək, elmi biliklərin təcrübədə tədbiqinə nail olmaqla, konkret  uğurlara imza atmaqdır. Ölkə başçısı cənab İlham Əliyevin cənub bölgəsində kənd təsərrüfatını əsaslı şəkildə dirçəltmək məqsədi ilə verdiyi son sərəncamları yüksək dəyərləndirən  LDU rəsmisi bildirib ki, çayçılığın,tərəvəzçiliyin,sitrus bağçılığın,çəltikçiliyin,baramaçılığın inkişafı ilə bağlı verilən  sərəncamlar ali təhsil müəssisələrinin üzərinə də peşəkar kadr hazırlığının səviyyəsini yüksəltmək   vəzifəsini qoyur. Natiq İbrahimov bağlanan müqavilənin  məhz bu məqsədə xidmət etdiyini  iştirakçıların diqqətinə çatdırıb.

 AMEA-nın Lənkəran Regional Elmi  Mərkəzinin  direktoru,professor Fərman Quliyev cənub bölgəsində çayçılığın və sitrus meyvəçiliyin əvvəlki şöhrətinin qaytarılması istiqamətində başlanan işlərə yardımçı olacaqlarını,müştərək işin hər iki elmi quruma faydalı olacağını deyib.

 Qeyd edək ki, peşəkar kadr hazırlığını yüksəltmək məqsədi daşıyan müqavilə müştərək tədqiqat və layihələrin həyata keçirilməsini,birgə elmi seminarlar və simpoziumların , konfransların təşkilini nəzərdə tutur. Eyni zamanda, müqavilə çərçivəsində elmi tədqiqat məqsədi ilə Lənkəran-Astara bölgəsinə  birgə ekspedisiyalar  da təşkil olunacaq.

Strateq.az