XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

23 Fevral 2018 - 18:03

16 avtobus marşrutunun hərəkət xətti müvəqqəti dəyişdirilib –BNA

16 müntəzəm marşrut xəttinin hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.

Bu barədə AZƏRTAC-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, Xətai rayonunun Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən Babək prospektinədək olan hissəsindən keçən 11, 12, 21, 35, 36, 40, 42, 44, 46, 51, 57, 60, 70, 81, 132 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib. Fevralın 24-dən qeyd edilən marşrut xətləri üzrə avtobuslar yenilənmiş sxem üzrə hərəkət edəcək. Dəyişiklik edilməsinə səbəb ərazidə təmir işlərinin aparılmasıdır