XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

23 Fevral 2018 - 19:29

Tanınmış türk alim Pedaqoji Kollecdə anıldı –FOTOlar

Bu gün ADPU-nun nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində dünya şöhrətli alim, məhşur pediatr, professor İhsan Doğramacının vəfatının 8-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. 

Strateq.az xəbər verir ki, öncə kollecin foyesində tələbələrin əl işlərindən ibarət sərgi nümayiş olunub. Daha sonra tədbir Azərbaycan və Türkiyənin  dövlət himni ilə açıq elan edilib. Tədbiri giriş sözü ilə kollecin Tədris işləri üzrə direktor müavini p.ü.f.d Məhbubə Məmmədova açaraq qonaqları tədbir iştirakçılarına təqdim edib və  bu günün mahiyyəti haqqında qısaca məlumat verib.

Kollecin direktoru h.ü.f.d Qulu Novruzov görkəmli alimin həyat və yaradıcıllığı haqqında ətraflı məlumat verərək, Azərbaycan və Türkiyə dövləti arasında dostluq və qardaşlıq münasibətindən danışıb.

Dəvət olunanlar arasında Türkiyə Böyük Elçiliyinin təhsil üzrə Bakıdakı müşaviri Abdulğafur Böyükfırat, Bilkent Üniversitetinin bölgə ölkələri kurs programları direktoru prof.dr Rasim Özyürek, AMEA Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu, BDU-nun kafedra müdiri prof.dr Ramiz Əskər, ADPU-nun dekanı Dos.Dr. Şahin Pənahov kimi alimlərin görkəmli şəxsiyyət haqqında çıxışları dinlənilib.

Çıxışlarda qeyd olunub ki,Türkiyənin tanınmış  elm nümayəndələrindən biri, ictimai-siyasi xadim İhsan Doğramacı 2000-ci ildə Azərbaycanın “İstiqlal” ordeni, 2005-ci ildə isə ən ali mükafat olan “Heydər Əliyev” ordeni ilə təltif olunub. Həmçinin o, dünyanın bir sıra ölkələrinin və beynəlxalq təşkilatların nüfuzlu mükafatlarına da layiq görülüb.

Tədbirdə İ.Doğramacının həyatından, ictimai-siyasi fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Tələbələrin ifasında səslənən musiqili kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunub.