XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 February 2018 - 11:31

Ağsuda yeni aqropark yaradılır  –Müasir İncəsənət Muzeyinin sabiq direktoru rəhbər təyin olunub

 

Fevralın 21-də "Ağsu Aqropark" MMC dövlət qeydiyyatına alınıb. "Turan" İA araşdırma nəticəsində müəyyən edib ki, o, "Modern Group of Companies" şirkətlər qrupuna aiddir.

"Ağsu Aqropark" MMC-nin direktoru Ceyhun Ağakişibəylidir. 43 yaşlı C. Ağakişibəyli 2015-ci ilin ortalarına qədər Müasir İncəsənət Muzeyinin direktoru və "İçərişəhər" Tarix Muzeyinin icraçı direktoru vəzifəsində çalışıb. "Az-Granata" şirkətinin satış şöbəsində çalışıb. Hazırda "Modern Group of Companies"in baş ofisində işləyir.  "Ağsu Aqropark" MMC-nin planları barədə ictimaiyyət məlumat açıqlanmayıb. İqtisadiyyat Nazirliyi də "Ağsu Aqropark" MMC-nin yaradılması barədə məlumat verib.