XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 February 2018 - 13:09

“Azercell” yeni xidmət işə salacaq- LTE şəbəkəsi üzərindən səsli rabitə xidməti

"Azercell" mobil rabitə operatoru LTE şəbəkəsi üzərindən səsli rabitə xidmətini (VoLTE) işə salmağa hazırlaşır.

Trend-in məlumatına görə, bunu mətbuat konfransı zamanı şirkətin prezidenti Vahid Mürsəliyev deyib.

O qeyd edib ki, yeni rabitə texnologiyası artıq sınaqdan keçirilib.

V.Mürsəliyevin sözlərinə görə, xidmətin işə salınması üçün avadanlığı "Ericsson" şirkəti tədarük edəcək.