XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

28 Fevral 2018 - 16:26

Səfir xərçəngdən əziyyət çəkən soydaşımıza yardım edib

Küveyt  Dövlətinin Azərbaycandakı səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Ruminin təşəbbüsü ilə səfirlik imkansız ailədən olan və beyin xərçəngindən (3 sm həcmində) əziyyət çəkən 38 yaşlı Azərbaycan vətəndaşı olan xanıma yardım göstərib.

Səfirlikdən Strateq.az saytına bildiriblər ki, xəstə müalicə olunmaq üçün Küveyt İbn Sina Dövlət Xəstəxanasına göndərilib və həmin xəstəxanada Almaniyadan gələn beyin xərçəngi üzrə mütəxəssis həkim dr. Schroederin rəhbərliyi ilə həkim qrupu tərəfindən cərrahiyyə əməliyyatı aparılıb. Səkkiz saat davam edən uğurlu əməliyyat nəticəsində beyindəki şiş götürülüb. Səfir və xanımı, həmçinin, Azərbaycanın Küveytdəki səfirliyi xəstə və onun yanında qalan anası ilə daim əlaqə saxlayıb.

Səfir Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Ruminin Küveyt Dövləti Milli Qvardiyasının rəhbərliyinin müavini və Küveyt Dövlətinin əmirinin qardaşı Şeyx Məşəl əl-Əhməd əs-Sabahla qohumluq əlaqəsi olduğu üçün Şeyx Məşəl xəstənin əməliyyat və müayinə, hətta xəstənin anasının xəstəxanada qalma xərclərini öz üzərinə götürüb. Xəstə anası ilə Bakıya qayıdıb və hazırda vəziyyəti yaxşıdır.

L.SƏMLA

Strateq.az