XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

02 Mart 2018 - 12:20

Narkoloji Mərkəzin yeni binası istifadəyə veriləcək –Nazirlik

Respublika Narkoloji Mərkəzinin yeni binasının yaxın zamanlarda istifadəyə verilməsi nəzərdə tutulub.

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Sabunçu rayonunda yerləşəcək 4 korpusdan və 300 çarpayıdan ibarət olacaq müəssisə müayinə və müalicə işini ən yüksək səviyyədə qurmaq üçün ən yeni müasir avadanlıqlarla təchiz edilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Xətai rayonunda yerləşə  Respublika Narkoloji Mərkəzində yanğın baş verib, 24 nəfər ölüb, 4 nəfər yaralanıb.