XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

02 Mart 2018 - 19:51

Putin 3 azərbaycanlıya Rusiya vətəndaşlığı verib –Bir soydaşımız 3 övladı ilə yeni pasport alıb

Rusiya prezidenti Vladimir Putin "Rusiya Federasiyası vətəndaşlığına qəbul olunma və vətəndaşlıqdan çıxarılma haqqında" sərəncam imzalayıb.

Vətəndaşlıq ümumilikdə 73 nəfərə verilib. Onların arasında 3 azərbaycanlı da var. Bunlar 16 yanvar 1975-ci ildə doğulmuş Ağayeva Elmira Alman qızı, 15 noyabr 1974-cü ildə anadan olmuş Qarayev Sabir Temirxan oğlu (övladları – 16 dekabr 2005-ci ildə doğulmuş Süleyman, 15 dekabr 2008-ci ildə doğulmuş Mehman və 14 yanvar 2015-ci ildə doğulmuş Mehdi ilə birgə) və 2 aprel 1980-ci il təvəllüdlü Mürsəlov Elxan Zakir oğludur.

Ermənistan, Əfqanıstan, Tacikistan, Ukrayna, Özbəkistan, Moldova, Vyetnam, Belarus, Suriya, Kuba, Gürcüstan və Qırğızıstandan olan şəxslərə də vətəndaşlığın verildiyi siyahıda ABŞ basketbolçusu Cammira Folkner də var. Daha 4 şəxs isə Rusiya vətəndaşlığından çıxarılıb. (Report)