XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

03 Mart 2018 - 14:57

15 marşrutun dayanacaq məntəqəsi dəyişdirildi- Bakı Nəqliyyat Agentliyi

15 marşrut xətti üzrə avtobusların son və aralıq dayanacaq məntəqələri müvəqqəti dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksində aparılan təmir-tikinti işləri ilə əlaqədar müvəqqəti olaraq 2, 13, 14, 20, 29, 37, 67, 83, 91, 96, 117, 130, 134, 142, 158 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların son və aralıq dayanacaq məntəqələri dəyişdirilib.

Sərnişindaşımada fasiləsizliyin pozulmaması məqsədilə edilən dəyişiklik 05.03.2018 tarixindən tətbiq ediləcək.

Dəyişikliyə əsasən qeyd edilən müntəzəm marşrut xətləri üzrə avtobusların son və aralıq dayanacaq məntəqələri “Avtovağzal” metrostansiyasının qarşısına keçiriləcək.