XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

05 Mart 2018 - 16:28

Lənkəran Dövlət Universiteti ilə BDU arasında əməkdaşlıq müqaviləsi imzalanıb –FOTO

Lənkəran Dövlət Universiteti (LDU)  ölkənin ən nüfuzlu və reytinqli ali təhsil ocağı olan  Bakı Dövlət Universiteti (BDU)  ilə əməkdaşlıq  imkanı əldə edib.

Bu barədə Strateq.az-a LDU-nun mətbuat xidmətindən məlumat verilib.  Bu iki  ali təhsil müəssisələri arasında elm və təhsil sahəsində  əməkdaşlığa dair imzalan müqavilə  çərçivəsində mümkün olub. Bağlanmış  müqavilə Lənkəran Dövlət Universitetinə  mütəxəssis hazırlığı səviyyəsini yüksəltmək, elmi uğurlarını artırmaq,   BDU-nun elmi – praktiki təcrübəsindən bəhrələnmək imkanı  verir. Müqaviləni BDU-nun rektoru, akademik Abel Məhərrəmov və LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov imzalayıblar.

Ölkə təhsilində əsaslı keyfiyyət dəyişiliklərinə nail olmaq, elmin son uğurlarından birgə bəhrələnmək məqsədi daşıyan müqavilə çərçivəsində LDU-da bakalavriat səviyyəsində “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Rus dili və ədəbiyyatı müəllimliyi”, “Tarix müəllimliyi” və “Ekologiya” ixtisasları üzrə kadr hazırlığı,magistrant və doktrant hazırlığı, ixtisasartırma (staj keçmə) təhsili, təcrübə mübadiləsinin yerinə yetirilməsi, eləcə də birgə elmi-tədqiqat işlərinin həyata keçirilməsi və konfransların təşkili sahəsində əməkdaşlıq nəzərdə tutulur.

Müqaviləyə əsasən  BDU Lənkəran Dövlət Universitetində bakalavriat səviyyəsində  yuxarıda adı çəkilən ixtisaslar üzrə  kadr hazırlığında  Bakı Dövlət Universitetində  tərtib olunmuş tədris planlarının və müvafiq fənn proqramlarının istifadə edilməsinə, professor-müəllim heyətinin  mühazirələr oxumasına icazə verir, tələbə və müəllim mübadiləsinə səy göstərir. Həmçinin, LDU-nun magistrant, doktorant və dissertantlarına elmi rəhbərlərin təyin olunmasına və onlara BDU-nun müvafiq labaratoriyalarında elmi-tədqiqat işlərinin aparılmasına icazə verilməsi  də  müqavilə şərtlərinə daxil edilib.

Müqaviləyə əsasən, BDU   birgə konfrans, seminar və simpoziumların,  elmi tədqiqat işlərinin və qrant layihələrin  həyata keçirilməsini, LDU-nun müəllimlərinin BDU-da ixtisasartırma və təcrübə mübadiləsi keçməsinə köməklik göstərilməsini   öhdəsinə götürür. Başlanmış ikitərəfli müqavilənin  LDU-nun da üzərinə qoyduğu öhdəliklərə görə, Lənkəran Dövlət Universiteti tələbə və müəllim mübadiləsinə şərait yaradır, birgə elmi tədqiqat işlərinin  və qrant layihələrinin həyata keçirilməsinə ,  konfrans, seminar və simpoziumların  təşkilinə  dəstək verir.

Mübadilə proqramları hazırlıq,  bakalavriat, magistratura, doktorantura proqramlarını və yay semestrini əhatə edir.

Qeyd edək ki, müqavilə 5 il müddətinə imzalanıb.