XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

05 Mart 2018 - 22:25

Səudiyyə Ərəbistanında qadınların ilk marafon yarışı keçirilib –FOTO

Səudiyyə Ərəbistanında qadınlar arasında keçirilən ilk marafonda yüzlərlə iştirakçı qüvvəsini sınayıb.

AZƏRTAC xəbər verir ki, “Arabian Business” nəşrinin yaydığı məlumata görə, Əl Əxsa rayonunda baş tutan marafonda qaçış iştirakçılarının əksəriyyəti ənənəvi geyimdə iştirak edib. Qadınlar arasında növbəti belə marafonun aprelin 6-da Məkkə şəhərində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, dünyanın ən mühafizəkar dövlətlərindən biri olan Səudiyyə Ərəbistanında son vaxtlar qadınların ictimai həyatda iştirakı ilə bağlı ciddi dəyişikliklər baş verir. Krallıqda iyun ayından başlayaraq qadınlar avtomobil idarə edə biləcəklər. Onlar idman yarışlarını izləmək üçün stadionlara və kütləvi əyləncə tədbirlərinə getməyə başlayıblar. Ölkənin baş prokurorluğu isə ilk dəfə olaraq qadınları müstəntiq qismində işə götürür.