XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

07 Mart 2018 - 16:55

Yeni agentliyin təhlükəsizlik sertifikatı məhsulların təhlükəsizliyinətəminat verəcək

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdindəki sertifikatlaşdırma qurumları fəaliyyətlərini davam etdirəcəklər.

Azərtac xəbər verir ki, bu barədə komitənin sədri Ramiz Həsənov jurnalistlərə açıqlamasında deyib.

"Qida Təhlükəsizliyi Agentliyi müəyyən sertifikat verəcək ki, bu, uyğunluq deyil, təhlükəsizlik sertifikatıdır. Həmin sertifikat dövlət yeyinti sahəsində məhsulların təhlükəsizliyinə təminat verəcək", – deyə komitə sədri qeyd edib.

R.Həsənov, eyni zamanda, halal məhsulların sertifikatlaşdırılması qurumlarının da qalacağını deyib.