XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

07 Mart 2018 - 17:35

Ramiz Həsənov:“Azərbaycanda benzinin keyfiyyəti ilə bağlı iri şirkətlərdən şikayət yoxdur”

“Azərbaycanda bəzi yanacaq-doldurma məntəqələrində benzinin tərkibinə nələrsə qalılır, amma bu işlərlə SOCAR, “Azpetrol” kimi iri şirkətlər məşğul olmurlar”.

Bunu “Report” açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi quruma şikayətlər kiçik şirkətlərdən daxil olur: “Azərbaycanda benzinin keyfiyyəti ilə bağlı iri şirkətlərdən şikayət yoxdur”.

R.Həsənov ölkəyə idxal olunan benzinin keyfiyyətinin aşağı olması ilə bağlı fikirlərə də münasibət bildirib: “Ola bilməz ki, idxal benzininin keyfiyyəti aşağı olsun. Əskinə keyfiyyət yüksək olduğu (Avro-4 standartına uyğun olduğu) üçün bəzən köhnə avtomobillər onu edə bilmirlər. Onların mühərriklərində problem ola bilər".