XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

09 Mart 2018 - 23:30

Makedoniya yığması Azərbaycanla oynayacaq heyətini açıqlayıb –Futbol

 


Futbol üzrə Azərbaycan millisinin yoldaşlıq oyunundakı rəqibi Makedoniya yığmasının heyəti açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Makedoniya millisinin heyətinə 19 futbolçu dəvət olunub.

Heyətdə qapıçılar – Stole Dimitrievski ("Gimnastik", İspaniya), Deyan İliyev ("Arsenal", İngiltərə), müdafiəçilər – Stefan Ristovski ("Sportinq", Portuqaliya), Qoko Zaykov ("Şarlerua", Belçika), Kristian Toşevski, Darko Velkovski (hər ikisi "Vardar"), Kire Ristevski ("Vasas", Macarıstan), Visar Muslui ("Şkendiya"), yarımmüdafiəçilər – Ariyan Ademi ("Dinamo" Zaqreb, Xorvatiya), Enis Bardhi ("Levante", İspaniya), Stefan Spirovski ("Ferensvaroş", Macarıstan), Boban Nikov ("Videoton", Macarıstan), Ezgyan Alioski ("Lids", İngiltirə), Maryan Radeski, Ferhan Hasani (hər ikisi "Şkendiya"), hücumçular – Qoran Pandev ("Cenoa", İtaliya), İliya Nestorovski, Aleksandr Traykovski (hər ikisi "Palermo", İtaliya) və İvan Triçkovski (AEK, Kipr) yer alıblar.

Qeyd edək ki, Azərbaycan-Makedoniya oyunu martın 27-də Antalyadakı "Mardan" stadionunda Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək.