XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

10 Mart 2018 - 16:00

Ekspert:"Azərbaycanda avtomobil bazarı sabitləşməyə başlayıb"

Azərbaycanda avtomobil bazarında ilin əvvəli ilə müqayisədə artım olsa da, artıq qiymətlər sabitləşməyə başlayıb.

“Report”un verdiyi xəbərə görə, bu barədə “MBA LTD” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak eksperti Nüsrət İbrahimov məlumat verib.

“Avtomobil bazarında ilin əvvəli ilə müqayisədə qiymət artımı var. Yanvar ayında avtomobil bazarında 20% artım olub. Bu da xaricdən gətirilən avtomobillərə tətbiq edilən idxal gömrük rüsumunun artırılması ilə bağlı olub. Fevralın yekununa görə isə ayın əvvəlinə nisbətən 1,8% azalma qeydə alınıb. Yəni indi qiymətlərdə sabitləşmə gedir. 

Həm daşınmaz əmlak bazarında, həm də avtomobil bazarında qiymət artımı var. Ümumən əmlak bazarında artım az-az da olsa qaçınılmaz olacaq” – ekspert qeyd edib.