Çinin paytaxtı Pekində havanın kəskin çirklənməsi ilə əlaqədar “narıncı həyəcan” elan edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Pekinin ətraf mühitin mühafizəsi üzrə bələdiyyə bürosu məlumat yayıb.
Məlumatda deyilir ki, “narıncı həyəcan” martın 12-dən 14-dək davam edəcək. Meteoroloqların proqnozlarına görə, ayın 14-dən etibarən havanın temperaturu aşağı düşəcək, duman çəkiləcək və axşam hava təmizlənəcək.