Kürdəmir Rayon Baytarlıq İdarəsi rayonun Xınıslı kənd sakini Bağırov Anar Ağarəsul oğluna məxsus həyətdə antisanitariya vəziyyətdə kəsimi aparılan, baytarlıq-sanitariya ekspertiza laboratoriyasından keçməyən 165 kq miqdarında at əti aşkar edib.
Bu barədə Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Strateq.az-a daxil olan məlumata görə, aparılan araşdırma zamanı atın yeni kəsildiyi və satış üçün hazırlandığı məlum olub:
“İlkin olaraq ətdən laboratoriya müayinəsi üçün nümunələr götürülmüş (heyvanın başı və ayaqları olsa da) və baytarlıq-sanitariya qaydalarına uyğun Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Aşkar edilmiş ət mənşəyi məlum olmayan məhsul kimi zərərsizləşdirilib”.