XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

11 Mart 2018 - 22:37

Məmmədyarov erməni rəqibi ilə heç-heçə edib

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Berlində təşkil olunan İddiaçılar turnirində növbəti oyununu keçirib.

“Report” xəbər verir ki, azərbaycanlı şahmatçı II turda erməni Levon Aronyanla qarşılaşıb. Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Berlində təşkil olunan İddiaçılar turnirində növbəti oyununu keçirib. “Report” xəbər verir ki, azərbaycanlı şahmatçı II turda erməni Levon Aronyanla qarşılaşıb.

Partiya 24-cü gedişdə 0.5:0.5-lik heç-heçə ilə başa çatıb.

Birinci turda Ş.Məmmədyarov rusiyalı Sergey Karyakinə qalib gəlib, L.Aronyan isə çinli Din Lijen ilə xalları yarı bölüb.

İddiaçılar turniri, II tur

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Levon Aronyan (Ermənistan) – 0.5:0.5

Din Lijen (Çin) – Fabiano Karuana (ABŞ)

Vladimir Kramnik (Rusiya) – Sergey Karyakin (Rusiya)

Aleksandr Qrişuk (Rusiya) – Uelsi So (ABŞ)