XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

12 Mart 2018 - 23:56

Rusiyada SSRİ  xiffəti sürətlə artır –Rəy sorğusunun nəticələri

Rusiyada Sovet İttifaqının süqutuna dair təəssüf hissləri qeyri-adi hal deyil.

Hazırda Rusiyada prezident seçkilərinə bir neçə həftə qalmış məsələ yenidən gündəmə gəlib. Rusiya prezidenti Vladimir Putin Kalininqraddakı çıxışı zamanı deyib ki, Sovet İttifaqının dağılmamasını arzulayardı.

Levada Mərkəzinin 2017-ci ilin noyabr ayında keçirdiyi sorğulara əsasən, rusların 58 faizi SSRİ-nin yaşamalı olduğunun tərəfdarıdır. Təəssüf hissi 100 faizdən az olan yaş qrupu 18-lə 24 arasındadır. Bu insanlar 1993-1999-cu illərdə anadan olanlardır ki, bu da SSRİ-nin dağılmasından sonrakı dövrə təsadüf edir.

Növbəti yaş qrupuna 25-lə 34 yaşlar arasında insanlar daxil edilib. Onların bəziləri uşaqlıqlarını Sovet dövründə keçirib. Bu insanlar arasında SSRİ-nin dağılmasına dair bərabər rəy müşahidə edilib.

“Nostalgiya İndeksi”-ndə yaş qrupu artdıqca SSRİ-nin xiffətini çəkənlərin sayı da artır. Yaşlı qrupun 69, 40-54 yaşlar arasında insanların 56, 25-39 yaşlı insanlar arasında 39, daha gənc respondentlərin sə 27 faizi SSRİ-nin dağılmasının qarşısının alınmasının mümkünlüyünə inanır. Levada Mərkəzinin sorğuları rusların əksəriyyətinin vahid iqtisadi sistemindən narazılığını, daha kiçik qrup isə Rusiyanın artıq super qüdrətə malik olmadığını düşündüyünü göstərib. (Amerikanın Səsi)