XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 March 2018 - 15:32

“Təcili yardım maşınlarına kameralar quraşdırılacaq” –Azərbaycanda + VİDEO

Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 12 regional məntəqəsindəki təcili yardım maşınlarına kameralar quraşdırılacaq.

Bu barədə ARB TV-nin “Günə doğru” proqramında qeyd edilib.

TTTYS-nin baş həkimi Mirələm Cəlalov bildirib ki, həmin kameralara internet üzərindən canlı olaraq dispetçer nəzarət edəcək:

“Qəza, yaralılar, ağır vəziyyətlər olarsa, GPS naviqasiya vasitəsilə həmin yer müəyyən ediləcək və əlavə həkim briqadası qəza yerinə göndəriləcək”.

Məsələ ilə bağlı ARB-yə danışan nəqliyyat eksperti Ərşad Hüseynov deyib ki, təcili tibbi yardıma yol verməyən sürücülər barədə tədbir görülməlidir:

“Bu hal qanunla tənzimlənir. Kamera görüntüsü bazaya yönlənsə, polisə də məlum olar ki, təcili tibbi yardım maşınına hansı sürücü yol vermir və şəxs cəzalandırılar. Digər bir məsələ, bəzi təcili yardım maşını sürücüsü tibbi maşını başqa məqsədlər üçün istifadə edir. Bax buna da kameralar vasitəsilə nəzarət olunar. Belədə onlar təcili çıxışda olmayanda qəza səsləri verməz, sürət həddini aşmazlar”.