XƏBƏR LENTİ

28 Yanvar 2021

Digər Xəbərlər

17 Mart 2018 - 12:17

Qida Təhlükəsizliyi Agentliyi:"Azərbaycanda istehsal olunan məhsulların sertifikatlaşdırılması ləğv edilib"

"Azərbaycanda istehsal olunan bütün məhsulların sertifikatlaşdırılması ləğv edilib".

“Report” xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Media və təhlükəsiz qida” mövzusunda keçirilən tədbirdə deyib.

O qeyd edib ki, bütün sahibkarlıq strukturları bunu bilməlidir: "Çünki bundan sonra məhsullara ümumi deyil, çeşidlər üzrə sertifikat veriləcək. Qida subyektləri əvvəlcə qida təhlükəsizliyinə görə qeydiyyata alınacaqlar. Müəyyən araşdırmalardan sonra onlar sertifikat ala biləcəklər".

Q.Təhməzli bildirib ki, dəyişiklik Avropa ölkələrinə ixracla əlaqədardır.