XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

19 Mart 2018 - 14:15

Eldar Əzizov:"Bayıl sürüşmə sahəsində yaşayan sakinlər evlərinə qayıtmaq istəyirlər"


"Bayıl sürüşmə sahəsində yaşayan sakinlərlə dialoq davam etdirilir. Sürüşmə sahəsində yaşayan sakinlərin böyük hissəsi öz evlərinə qayıdıb yaşamaq istəyirlər". 

Bunu Səbail rayon İcra Hakimiyyətinin (RİH) başçısı Eldar Əzizov deyib. RİH başçısı bildirib ki, sürüşmə zəifləsə də, proses hələ dayanmayıb: "Yekun qərar qəbul etmək üçün mütəxəssislərin rəyi olmalıdır. Kompensasiyanın verilməsinə də baxılır. Bəli, evləri dağılan sakinlərə kompensasiya verilməsi uzanır. Çünki sakinlər hər gün yeni bir təkliflə bizə müraciət edirlər. Hesab edirəm ki, çox qısa vaxtda problem həllini tapmalıdır".

Qeyd edək ki, bir müddət əvvəl Bayılda sürüşmənin aktivləşməsi nəticəsində ərazidəki 6 evə ziyan dəyib, 90-dan çox evin sakini ərazidən köçürülüb. Sürüşmə zamanı tam dağılmış fərdi yaşayış evlərinin sahiblərinə veriləcək birdəfəlik kompensasiyanın məbləği müəyyən edilərək Nazirlər Kabinetinə təqdim olunub.

98 ailəyə 11 aylıq kirayə haqqı veriləcək. (APA)