XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

21 Mart 2018 - 12:27

MDB-nin altı səfirliyi Vaşinqtonda Novruz bayramını qeyd edib –FOTOLAR

Martın 20-də Vaşiqton şəhərinin tarixi Meridian Beynəlxalq Mərkəzində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan səfirlikləri birlikdə Novruz bayramını geniş şəkildə qeyd edib.

Azərbaycanın ABŞ-dakı Səfirliyinin məlumatına görə tədbirdə diplomatik korpusun və ictimaiyyətin nümayəndələri, o cümlədən ABŞ administrasiyası və konqresin rəsmiləri iştirak edib.

Meridian mərkəzinin rəhbəri səfir Stüart Holidey bildirib ki, Novruz bayramı dostluq, sülh və əməkdaşlığın təzahürüdür. Amerikanın paytaxtında altı dövlətin bir yerə gələrək Novruz bayramı bilrikdə qeyd etməsi bu kimi dostluq və əməkdaşlığın göstəricisi olduğu və bu bayram xalqları birləşdirən bir dəyər kimi qiymətləndirilib.

Bayram şənliyi Azərbaycan və Orta Asiya ölkələrinin incəsənət ustalarının iştirakı ilə davam etdirilib.