XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

22 Mart 2018 - 22:30

Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək –Təhsil Nazirliyindən şagirdlərə müraciət

Aprelin 7-də Respublika fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçiriləcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, olimpiada Bakı şəhərində 4, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Lənkəran şəhərləri, Şəki, İsmayıllı, Şəmkir, Ağdaş və Quba rayonlarının hər biri üzrə 1 mərkəzdə keçiriləcək:

"İnformatika fənni üzrə olimpiada isə Bakı Mühəndislik Universitetində təşkil olunacaq.

Şagirdlər iştiraklarının təsdiqi üçün www.olimpiada.edu.az saytında qeydiyyatdan keçməli və buraxılış vərəqələrini əldə etməlidirlər. Qeydiyyat prosesi martın 29-dək davam edəcək. Qeydiyyatla bağlı hər hansı bir problem yaranarsa, yerli təhsili idarəetmə orqanlarına və ya [email protected] elektron poçtuna müraciət edilməsi xahiş olunur."

Qeyd edək ki, fevralın 4-də ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, Azərbaycan dili və ədəbiyyat fənni üzrə 1419, coğrafiya fənni üzrə 1458, riyaziyyat fənni üzrə 1067, tarix fənni üzrə 617, fizika fənni üzrə 405, kimya fənni üzrə 377, biologiya fənni üzrə 430, informatika fənni üzrə 121 şagird növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərinin iştirakı ilə keçirilib. Bu mötəbər yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdləri IX sinif şagirdləri ilə bərabər öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi və şagirdlərdə fənlərə marağın artırılmasından, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Respublika fənn olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə həyata keçirilir/Trend.