XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

24 Mart 2018 - 12:22

Statistika Komitəsi:"Ət istehsalı 3 faiz artıb"

Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 2018-ci ildə tütün məmulatlarının istehsalında 3,4 dəfə, ət istehsalında isə 3,0 faiz artım olub.

Bu barədə Azərtac-a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata əsasən, həmin dövrdə kolbasa məmulatlarının istehsalı 13,7 faiz, cem və marmeladların istehsalı 2,4 faiz, pendir və kəsmik istehsalı 1,2 faiz, konyak istehsalı 1,8 dəfə, alkoqolsuz içkilərin istehsalı 12,6 faiz, papiros və siqaretlərin istehsalı 8,5 dəfə artıb.

Qida məhsullarının istehsalında 6,7 faiz, içki istehsalında 19,0 faiz, duru bitki yağlarının istehsalında 28,1 faiz, qənd istehsalında isə 89,7 faiz azalma müşahidə olunub.