XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

24 Mart 2018 - 23:18

“Azərişıq” ASC:"Güclü külək Gədəbəy və Daşkəsəndə elektrik təsərrüfatına ciddi ziyan vurub"

Bu gün günorta saatlarından başlayan güclü külək Gədəbəy və Daşkəsən rayonlarında elektrik təsərrüfatına ciddi ziyan vurub.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin "Report"a verdiyi məlumata görə, hər iki rayonun bir sıra kəndlərində elektrik enerjisinin verilişi dayandırılıb.

"Güclü külək evlərin fasadlarını yerli şəbəkələrdə bərpa işləri aparan "Azərişığ"ın qaldırıcı kran maşınlarının uzərinə aşırıb. Külək elektrik dayaqlarını aşırıb. Elektrik verilişi xətlərini zədələyib" – deyə ASC rəsmisi qeyd edib. 

T. Mustafayev bildirib ki, səhmdar cəmiyyətin əməkdaslarının operativliyi nəticəsində artıq bir sira kəndlərə elektrik enerjisinin təchizati bərpa olunub.