XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

26 Mart 2018 - 15:49

Məşhur “MMM” maliyyə piramidasının qurucusu öldü –Avtobus dayanacağında FOTO

90-cı illərdə SSRİ məkanında ən böyük maliyyə piramidası sayılan “MMM”in qurucusu Sergey Mavrodi vəfat edib.

Strateq.az lenta.ru-ya istinadən bildirir ki, 62 yaşlı Mavrodi bu gün Moskvada xəstəxanada keçinib. Martın 26-na keçən gecə avtobus dayanacağında onun halı pisləşib. Yoldan keçən təsadüfi şəxs həkim çağırıb. Mavrodi zəiflik və ürək ağrısından şikayət edib. Həkimlər onu xilas edə bilməyib.

1992-ci ildə Rusiyada qurduğu şirkətin fəaliyyəti nəticəsində 15 milyon insan zərər çəkib.