XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

29 Mart 2018 - 18:54

Ağstafanın su təchizatını yaxşılaşdırmaq üçün 4.6 milyon manat ayrıldı –Sərəncam

Bu gün Prezident İlham Əliyev Ağstafa şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam verib.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Ağstafa şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 4,6 milyon (dörd milyon altı yüz min) manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.