XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

30 Mart 2018 - 11:19

“Xəzər Dəniz Gəmiçiliyi”:Gəmilər səfərlərini müvəqqəti dayandırıb

 

 Martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü (təhlükəli) şimal-qərb küləyi əsəcəyi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata müvafiq olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC  baş verə biləcək hadisələrin qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlər görüb.

QSC-nin mətbuat katibi Mehman Mehdiyev “APA-Economics”ə bildirib ki, bununla bağlı dənizçilərə xəbərdarlıq edilib.

Təhlükəsizliyin təmin olunması üçün hazırda səfərdə olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC -yə məxsus gəmilər səfərlərini müvəqqəti dayandırıblar. Onlar sığınacaqlarda lövbərdə gözləmə mövqeyindədirlər. Hava şəraiti düzəldikdən sonra gəmilərin hərəkəti bərpa olunacaq.